Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ermənistanda Taron Marqaryanın istefasını tələb edən nümayişçilər Yerevan meriyasına giriblər

16 May 2018
 

Ermənistanda Yerevanın meri Taron Marqaryanın istefasını tələb edən nümayişçilər şəhər meriyasının binasına giriblər.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, nümayişçilər merin iş otağına qədər gedib çıxıblar. Polis və meriya əməkdaşları onların qarşısını almaq üçün hərəkətə keçiblər.

Xatırladaq ki, merin istefası tələbi ötən həftədən başlayıb.

Taron Marqaryan Ermənistanın sabiq baş naziri Andranik Marqaryanın oğludur. O, 2011-ci ildən Yerevanın meri vəzifəsində çalışır.