Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Uruqvay millisinin dünya çempionatı üçün ilkin heyəti müəyyənləşib

16 May 2018
Uruqvay millisinin futbol üzrə dünya çempionatı üçün genişləndirilmiş heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Oskar Vaşınqton 26 futbolçudan ibarət geniş heyəti açıqlayıb.

Heyətdə qapıçılar - Fernando Muslera (“Qalatasaray”, Türkiyə), Martin Silva (“Vasco da Gama”, Braziliya), Martin Campaqna (“Independienta”, Argentina), müdafiəçilər - Dieqo Godin, Xose Mariya Ximenez (hamısı “Atletiko Madrid”, İspaniya), Sebastian Koates (“Sportinq”, Portuqaliya), Maksimiliano Pereyra (“Porto”, Portuqaliya), Qaston Silva (“Independienta”, Argentina), Martin Kaceres (“Lazio”, İtaliya), Qiliyermo Varela (“Penarol”, Uruqvay), yarımmüdafiəçilər - Naytan Nandes (“Boka Xuniors”, Argentina), Lukas Torreyra, Gaston Ramirez (hər ikisi – “Sampdoriya”, İtaliya), Matias Vesino (“Inter Milan”, İtaliya), Federiko Valverde (“Deportivo”, İspaniya), Rodriqo Bentankur (“Juventus”, İtaliya), Karlos Sancez, Jonatan Uretabeskaya (hər ikisi - “Monterey”, Meksika), Qeorqes de Araskaeta (“Kruzeiro”, Braziliya), Dieqo Laxalt (“Qenoya”, İtaliya), Khristian Rodriqez (“Penarol”, Uruqvay), Nikolas Lodeiro (“Ceate”, ABŞ), hücumçular - Kristian Stuani (“Girona”, İspaniya), Maksimiliano Gomez (“Selta Viqo”, İspaniya), Edison Kavani (“PSJ”, Fransa) və Luis Suarez (“Barselona”, İspaniya) yer alıblar.

Qeyd edək ki, Uruqvay yığması Rusiyada keçiriləcək dünya çempionatında Rusiya, Səudiyyə Ərəbistan və Misir ilə eyni qrupda mübarizə aparacaq.