Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İstanbulda QDİƏT Parlament Məclisinin 25-ci ildönümünə həsr olunan Spikerlərin Sammiti işə başlayıb

16 May 2018
İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) 25-ci ildönümünə həsr olunmuş Spikerlərin Sammiti işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Sammitdə iştirak edir. QDİƏT PM-də nümayəndə heyətimizin başçısı, deputat Eldar Quliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim və digər rəsmi şəxslər Azərbaycan nümayəndə heyətinin tərkibinə daxildir.

Sammitin rəsmi açılışında QDİƏT Parlament Məclisinin baş katibi Asəf Hacıyev çıxış edib.

Sonra təşkilatın əhatə etdiyi coğrafiyanın iqtisadi imkanlarını xarakterizə edən film nümayiş olunub.

Təşkilatın 25 illiyi ilə əlaqədar Birgə Bəyanatın qəbul edilməsi nəzərdə tutulub.