Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Koreya Respublikasının Azərbaycandakı səfiri Astara və Lerik rayonlarında olub

15 May 2018
 

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-qyu ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində Lerik və Astara rayonlarında olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 14-də Lerik rayonuna səfər edən səfir “Uzunömürlülər” və rayon tarix diyarşünaslıq muzeyində eksponatlarla, bir sıra tarixi və mədəni abidələrlə tanış olub, Blaband kəndində heyvandarlıq kompleksi, Piran kəndində “Lebro” quşçuluq fabriki və Lerik şəhərindəki “Aysel” arıçılıq kəndli fermer təsərrüfatlarında olub.

Mayın 15-də Astara rayonuna səfər edən koreyalı diplomat Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Ələt-Astara-İran avtomobil yoluna, Astara stansiyasından İran sərhədinə qədər olan dəmir yolu xəttinə və Astara çayı üzərində inşa edilən dəmir yolu körpüsünə baxıb, Xəzər dənizi sahilində salınmış və genişləndirilməkdə olan park-bulvar kompleksi, “Astaraçay” MMC-nin çay emalı zavodu və rayonun füsunkar təbiəti ilə tanış olub.

Diplomata rayonun tarixi, coğrafi mövqeyi, əhalinin məşğulluğu, iqtisadiyyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı barədə məlumat verilib.