Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şimali Karolina qubernatoru Azərbaycanı təbrik edib

15 May 2018
Şimali Karolina ştatının qubernatoru Roy Kuper Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin xüsusi bir hadisə olduğunu vurğulayaraq ölkəmizi təbrik edib. Onun təbrik məktubunda Şimali Karolinada yaşayan Azərbaycan icması üzvlərinin cəmiyyətə töhfələrinin tanındığı vurğulanır. R.Kuper Azərbaycan mədəniyyətini və irsini təbliğ edən və qoruyan bir ənənəni müşahidə etməyə və 100 illiyi qeyd etməyə çağırıb.

Sonda qubernator 100 illiyin qeyd olunması və gələcək uğurlar ilə bağlı xoş arzularını çatdırıb.

 

AZƏRTAC