Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Futbol üzrə Kolumbiya millisi dünya çempionatı üçün ilkin heyətini açıqlayıb

15 May 2018
Futbol üzrə Kolumbiya millisinin dünya çempionatı üçün ilkin heyəti açıqlanıb. Baş məşqçi Xose Nestor Pequerman 35 oyunçuya dəvət yollayıb.

AZƏRTAC xəbər verir ki, heyətdə qapıçılar - İvan Arboleda ("Benfild", Argentina), Xose Cuadrado ("Caldas"), David Ospina (“Arsenal”, İngiltərə), Camilo Vargas (“Deportivo Kali”), müdafiəçilər - Santiaqo Arias (“PSV”, Hollandiya), Farid Diaz (“Olimpiya”, Paraqvay), Frank Fabra (“Boka Xuniors”, Argentina), Stefan Medina (“Monterre”, Meksika), Erri Mina (“Barselona”, İspaniya), Bernardo Espinosa, Joan Mojika (hər ikisi – “Girona”, İspaniya), Oskar Murillo (“Pacuka”, Meksika), Davinson Sancez (“Tottenxem”, İngiltərə), Villiam Tecillo (“Leon”, Meksika), Kristian Zapata (“Milan”, İtaliya), yarımmüdafiəçilər - Abel Aguilar (“Deportivo Cali”), Vilmar Barrios, Edvin Kardona, Sebastian Perez (hamsı – “Boka Xuniors”, Argentina), Juan Kuadrado (“Juventus”, İtaliya), Gustavo Cuellar (“Flamenqo”, Braziliya), Cefferson Lerma (“Levante”, İspaniya), Giovanni Moreno (“Şanqai Şenxua”, Çin), Juan Quintero (“River Pleyt”, Argentina), Xames Rodriqez (“Bavariya”, Almaniya), Karlos Sancez (“Espanyol”, İspaniya), Mateus Uribe (“Amerika”, Meksika ), hücumçular - Karlos Bakka (“Villarreal”, İspaniya), Miqel Borja (“Palmeyras”, Braziliya), Radamel Falkao (“Monako” Fransa), Xose Isquerdo (“Brayton”, İngiltərə), Luis Muriel (“Sevilla”, İspaniya), Cimmi Xara, Teofilo Qutyerrez (hər ikisi “Atletiko Junior” Braziliya) və Duvan Zapata (“Sampdoria”, İtaliya) yer alıblar.

Qeyd edək ki, Kolumbiya yığması Rusiyada keçiriləcək dünya çempionatında Polşa, Seneqal və Yaponiya ilə eyni qrupda mübarizə aparacaq.