Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Son iki il ərzində Azərbaycanın aviasiya bazarına 21 aviaşirkət daxil olub

15 May 2018
2016-2018-ci illər ərzində Azərbaycanın aviasiya bazarına 21 aviaşirkət daxil olub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən AZƏRTAC-a bildirilib ki, bunlar “Ata Airlines”, “Montenegro Airlines”, “Etihad Airlines”, “Air Arabia”, “Nord Wind Airline”, “Ikar Airlines”, “Ir Aero”, “Al Naser Wings Airlines”, “Pobeda Airlines”, “Salam Air”, “KomAviatrans Aero”, “Jazeera Airlines”, “Wataniya Airlines” (Kuwait National Airways), “Mahan Air”, “Taban Air”, “Israir”, “Arkia Airlines”, “Flynas”, “Gulf Air”, “Nordavia Regional Airlines”, “Pegasus Airlines” aviaşirkətləridir.

2016-cı ildən başlayaraq, qüvvədə olan “Yay-2018” mövsümü də daxil olmaqla, Əl-Küveyt, Əbu-Dabi, Şarcə, Tivat, Məsqət, Ər-Riyad, Dammam, Ufa, Krasnoyarsk, Samara, Trabzon, Jukovski, Manama, Sofiya, Alaniya və Kiyevin ikinci hava limanı olan Julyanı istiqamətləri üzrə 16 yeni reys açılıb.

Bu günədək hava əlaqəsi haqqında 39 saziş imzalanıb, 34 saziş ekspertlər səviyyəsində razılaşdırılıb. 2016-cı ildən başlayaraq 4 dövlətlə (Əfqanıstan, Cibuti, Küveyt, ABŞ) sazişlər imzalanıb, 7 dövlətlə (Аvstraliya, İsrail, Keniya, Yeni Zelandiya, Мonqolustan, Тailand, Seyşel Adaları) saziş mətnləri razılaşdırılıb.