Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Təmir işləri ilə əlaqədar Bakı Dairəvi-1 avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

15 May 2018
Təmir işləri ilə əlaqədar Bakı Dairəvi-1 avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, agentliyin sifarişi əsasında Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunda (hər iki istiqamət üzrə) əyri-xətli dəmir tirlərin yol ayrıcında və yolun kənarlarında yenilənməsi işləri aparılır. Bu məqsədlə avtomobillərin hərəkəti iş gedən zolaqlar üzrə məhdudlaşdırılır.

Sürücülərdən sözügedən avtomobil yolu ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.