Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Braziliyalı memarlar “Bakı Ağ Şəhər” layihəsi ilə tanış olublar

15 May 2018
Ticarət missiyası çərçivəsində Bakıda səfərdə olan Braziliyanın "Fiabci-Brasil" təşkilatının memarlardan ibarət nümayəndə heyəti “Bakı Ağ Şəhər” layihəsi ilə tanış olublar.

Bakı Ağ Şəhərin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şəhər inkişafı təcrübəsinin uğurlu nümunələrini öyrənən memarlara Bakı Ağ Şəhərin davamlılıq prinsipi üzərində layihələndirildiyi bildirilib.

Qonaqların diqqətinə çatdırılıb ki, “Ağ Şəhər” dünyada ekoloji baxımdan regenerasiya olunan sənaye zonasında həyata keçirilən ən iri müasir layihələrdən biridir. Sonra qonaqlar təhvil verilmiş Yaşıl Ada və Babək kvartallarında gəzintiyə çıxıblar.

Təşkilatın direktoru Abel Roşanın başçılıq etdiyi memarlar qrupu “Bakı Ağ Şəhər” layihəsindən heyrətləndiklərini qeyd edərək, Ağ Şəhərin gələcək inkişafına uğurlar arzulayıb.