Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı əhalisinə 1 milyard 238,2 milyon manatlıq ödənişli xidmət göstərilib

15 May 2018
Cari ilin ilk üç ayında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artaraq 1 milyard 238,2 milyon manat olub.

Bakı Şəhər Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 763,2 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətin ümumi dəyərinin 61,6 faizidir.

Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,1 faiz azalaraq 959,8 milyon manat olub.

Cari ilin yanvar-mart aylarında şəhərin hər bir sakini orta hesabla ayda 168,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 4,7 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.