Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Təhsil Nazirliyi dünya çempionatında uğurlu nəticə göstərən məktəbli şahmatçıları mükafatlandırıb

14 May 2018
Mayın 14-də təhsil naziri Ceyhun Bayramov Albaniya Respublikasının Durres şəhərində keçirilən şahmat üzrə məktəblilərin dünya çempionatında uğurlu nəticə göstərən şahmatçılarla görüşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazir çempionatın qızıl medalçısı Murad İbrahimlini, gümüş medalçıları Aytac Heydərovanı, Yusif Kərimlini və bürünc medalçısı İsmayıl Süleymanlını qazandıqları nailiyyətlərə görə təbrik edib, bu uğurların davamlı olacağına əminliyini vurğulayıb.

Görüşdə dünya çempionatının qaliblərinə Təhsil Nazirliyi tərəfindən “Təşəkkürnamə” və qiymətli hədiyyələr təqdim edilib.