Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İndoneziyada üç kilsə hücuma məruz qaldı

14 May 2018
İndoneziyanın Yava adasında üç xristian kilsəsi terrorçuların hücumuna məruz qalmışdır. Nəticədə 11 dindar həlak olmuş, 40 nəfər yaralanmışdır. Bu barədə “The Jakarta Globe” qəzeti xəbər verir.

Polis hücumda azı bir intiharçının iştirak etdiyini bildirmişdir. Sonradan məlum olmuşdur ki, “şəhidlər” bir ailənin üzvləri imişlər. Surabaya şəhər polis idarəsinin rəisi demişdir ki, məbədlərə ana və onun iki övladı hücum etmişlər.

Məlumata görə, partlayışlara görə məsuliyyəti İŞİD terrorçu qruplaşması üzərinə götürmüşdür.