Arktikada ABŞ-Rusiya qarşıdurması baş verə bilər

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Arktikada ABŞ-Rusiya qarşıdurması baş verə bilər

14 May 2018
ABŞ Konqresinin Tədqiqat Mərkəzinin dərc etdiyi hesabata görə, Arktika ABŞ-la Rusiya arasında yeni qarşıdurma mərkəzinə çevrilə bilər. Ekspertlər Rusiyanın Arktikada hərbi potensialının artması və Moskva ilə Vaşinqton arasında münasibətlərin pisləşməsi fonunda belə bir qənaətə gəlmişlər.

“Rosbalt” agentliyinin xəbərinə görə, vəziyyət artıq ABŞ silahlı qüvvələrini və xüsusi xidmət orqanlarını narahat edir. Onlar öz maraqlarını müdafiə etmək üçün resurs çatışmazlığından ehtiyatlanırlar. Məsələn, Arktikanın dəniz buzlarının azalması suüstü gəmilərin hərəkəti üçün yeni potensial rayonlar açır. Hərbi hava qüvvələri, quru qoşunları və dəniz piyadaları da Arktika əməliyyatlarına daha çox diqqət yetirməyə başlayır.

Qeyd olunur ki, Moskva hələ SSRİ dövründə Arktikada atom sualtı donanması və aviasiya yerləşdirdiyi vaxtdan bəri bu region iki ölkə arasında rəqabət meydanı idi.