Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kolumbiyada daşqın üzündən yüzlərlə adam təxliyə edildi

14 May 2018
Kolumbiyada Kauka çayının məcrasından çıxması nəticəsində azı 600 nəfər təxliyə edilmişdir. Bu barədə “Portafolio” qəzeti xəbər verir.

Məlumata görə, su 19 evi, 2 məktəbi və bir tibb mərkəzini dağıtmışdır. Çayın üstündəki bir neçə körpü məhv olmuşdur.

Qeyd olunur ki, Antiokiya departamentində Puerto-Valdiviya qəsəbəsinin sakinlərinin evləri zərər çəkmişdir. Lakin əhali arasında tələfat və yaralanan yoxdur. Bu barədə Antokiya hakimiyyət orqanlarının  nümayəndəsi Viktor Ramires məlumat vermişdir.

Daşqının güman edilən səbəbi yeni tikilən “İtuanqo” su elektrik stansiyasının tunellərinin çirklənməsidir.