Ayaqsız çinli pensiyaçı Everesti fəth etdi

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ayaqsız çinli pensiyaçı Everesti fəth etdi

14 May 2018
Hər iki ayağı amputasiya olunmuş 70 yaşlı çinli alpinist Sya Boyuy Nepal tərəfdən planetin ən hündür dağı sayılan Everestin zirvəsinə çıxmışdır. Bu barədə Nepal Mədəniyyət, Turizm və Mülki Aviasiya Nazirliyinə istinadən “Sinxua” agentliyi xəbər verir.

İndiyədək Everesti Tibet tərəfdən fəth edən iki ayağı amputasiya olunmuş yeganə adam yeni zelandiyalı Mark İnqlis idi. O, bu uğura 2006-cı ildə imza atmışdır.

Sya Boyuy dağa çıxmazdan əvvəl jurnalistlərə bildirmişdi ki, bu, onun dünyanın ən yüksək zirvəsini fəth etmək üçün beşinci cəhdidir.

Alpinist 1975-ci ildə Everestə ilk uğursuz ekspedisiyadan sonra donub ayaqlarından məhrum olmuşdur. Lakin uğursuzluq onu dayandırmamışdı. Boyuy 2014-cü, 2015-ci və 2016-cı illərdə zirvəni fəth etmək istəsə də, qar uçqunu, zəlzələ və əlverişsiz hava şəraiti ona mane olmuşdu.