Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tezliklə Gürcüstan və İran istiqamətində dəmir yolu skanerləri istifadəyə veriləcək

14 May 2018
Tezliklə iki istiqamət üzrə dəmir yolu skanerləri istifadəyə veriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev "Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq" mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O bildirib ki, Rusiya istiqamətində dəmir yolunda skanerlər quraşdırılıb və hazırda istifadədir. Tez bir zamanda isə Gürcüstan istiqamətində (Böyük-Kəsik) və İran istiqamətində (Astara) dəmir yolunda skanerlər istifadəyə veriləcək və qatarların hərəkətini dayandırmadan malların sürətli yoxlanılması həyata keçiriləcək.