Milli Məclisin sədri QDİƏT Parlament Məclisinin 25-ci ildönümünə həsr olunan spikerlərin görüşündə iştirak edəcək

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin sədri QDİƏT Parlament Məclisinin 25-ci ildönümünə həsr olunan spikerlərin görüşündə iştirak edəcək

14 May 2018
Milli Məclisin sədri Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) 25-ci ildönümünə həsr olunmuş spikerlərin görüşündə iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdədir.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə QDİƏT PM-də nümayəndə heyətimizin başçısı, deputat Eldar Quliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər də iştirak edəcəklər.

Spikerlərin görüşünün açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın çıxışları nəzərdə tutulub.

Görüş çərçivəsində parlament sədrlərinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının gələcək fəaliyyətində parlamentlərin rolu mövzusunda çıxışları gözlənilir.

Tədbirin sonunda qurumun 25 illiyi ilə əlaqədar Birgə Bəyanat imzalanacaq.

Səfər çərçivəsində Milli Məclis sədrinin tədbirdə iştirak edən nümayəndə heyəti başçıları ilə bir sıra görüşləri baş tutacaq.

Səfər mayın 17-də başa çatacaq.