Məşhur milyarderin kolleksiyası rekord qiymətə satılıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Məşhur milyarderin kolleksiyası rekord qiymətə satılıb

14 May 2018
Amerikalı milyarder Devid Rokfeller və həyat yoldaşı Peqqi Rokfellerlərin açıq hərraca çıxarılan rəsm, heykəl, keramika, mebel və dekorativ əsərlərdən ibarət incəsənət kolleksiyasından 832 milyon dollar gəlir əldə olunub.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu, indiyədək ən yüksək qiymətlə satılan şəxsi sənət kolleksiyasıdı.

Nyu-Yorkda “Christies” hərrac evi tərəfindən keçirilən hərracda kolleksiyadakı Pablo Pikassonun 1905-ci il tarixli “Çiçək səbətli gənc qız” tablosu ən yüksək qiymətə - 115 milyon dollara satılıb.

Hərracdan əldə olunan gəlir xeyriyyə məqsədilə istifadə olunacaq.

Qeyd edək ki, Devid Rokfeller 2017-ci ildə 101 yaşında vəfat edib.