Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Bakı Marafonu 2018”in ikincisi: Gələn il paytaxtınıza yenidən gəlmək istəyirəm

13 May 2018
Bakıda ötən il keçirilmiş marafonda yarışı ikinci pillədə başa vurmuşdum. Bakı marafonunda birinci olmaq istəyirəm. Odur ki, gələn il paytaxtınıza yenidən gələcəyəm. Bu idman növü ilə peşəkar səviyyədə məşğulam. Mən əvvəllər ABŞ-ın Detroyt şəhərində keçirilmiş marafonlarda beş dəfə iştirak etmişəm və nəhayət altıncı cəhdimdə 2017-ci ildə qalib olmuşam. Bundan başqa 2015-ci ildə Xarkovda keçirilmiş Ukrayna marafonun qızıl mükafatçısıyam. Gələn həftə isə ABŞ-da daha bir marafona qatılacağam.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Bakı Marafonu 2018”də ikinci yeri tutan ukraynalı iştirakçı Valentina Poltavska söyləyib.

Odessa şəhərindən gəldiyini bildirən V.Poltavska deyib: “Hələ ilk dəfə Bakıya gələndə buranı çox bəyənmişdim. Xalqınız çox qonaqpərvərdir, burada çoxlu dostlarım var. Bakı çox gözəldir, insanları mehribandır. Ümid edirəm ki, növbəti dəfə Bakı marafonunda birinci olacağam.

Xatırladaq ki, ukraynalı V.Poltavska “Bakı Marafonu-2017”də qadınlar arasında finişə ikinci çatıb. Ötən il Gəncədə keçirilmiş marafonda isə qadınlar arasında birinci yeri tutub.