Türkiyədə altı namizəd prezidentlik uğrunda mübarizə aparacaq

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyədə altı namizəd prezidentlik uğrunda mübarizə aparacaq

13 May 2018
 

Türkiyədə keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin adları təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, Ali Seçki Komissiyasının məlumatına görə, Rəcəb Tayyib Ərdoğan, Doğu Perinçek, Meral Akşenər, Məhərrəm İncə, Səlahəddin Dəmirtaş və Teməl Karmollaoğlu prezidentlik uğrunda mübarizə aparmaq hüququ qazanıblar.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Deputatlıq uğrunda mübarizə aparacaq şəxslərin qeydiyyatı isə davam etməkdədir.