Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mədət Quliyev: Bakı marafonu dövlətimizin başçısı tərəfindən ölkəmizdə aparılan gənclər siyasətinə dəstəkdir

13 May 2018
Bakı marafonu dövlətimizin başçısı tərəfindən ölkəmizdə aparılan gənclər siyasətinə dəstəkdir. Bu yarış həm sağlam həyat tərzinin, həm də insanlar arasında həmrəyliyin təbliği baxımından xüsusi əhəmiyyətə malikdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2018”in iştirakçısı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev bildirib.

Mədət Quliyev qeyd edib ki, artıq hər il keçirilən bu marafona həm ölkə vətəndaşları, həm də əcnəbilər böyük maraq göstərirlər.