Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bahar Muradova: Bakı marafonu böyük əhəmiyyətə malik təşəbbüsdür

13 May 2018
 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən Bakı marafonu böyük əhəmiyyətə malikdir. Bu marafon hər şeydən əvvəl sağlam həyat tərzini təşviq etmək üçün çox gözəl bir layihədir. Həmçinin müxtəlif peşə sahibi olan insanların bir məqsəd ətrafında birliyinin nümunəsidir. Bu cür tədbirlər vətəndaş birliyinə, dövlətin vətəndaşların bütün maraqlarını təmin etmək üçün həyata keçirdiyi siyasətə verilən bir dəstəkdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2018”in iştirakçısı Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

“Sevindirici haldır ki, Azərbaycan vətəndaşları sağlam həyat tərzini və vətəndaş həmrəyliyini təşviq edən bu cür layihələrə, çağırışlara çox fəal şəkildə qoşulurlar”,-deyə parlament sədrinin müavini vurğulayıb.