Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərpaşa Nemətov: Şəki beynəlxalq teatr festivalının sərhədləri genişlənir

13 May 2018
Şəkidə artıq üçüncü dəfədir keçirilən beynəlxalq teatr festivalının sərhədləri getdikcə genişlənir. 2014-cü ildə reallaşan birinci festivalda iki xarici ölkə teatrı iştirak edirdisə, builki festivala 7 ölkədən kollektivlər gəlib. Festivalda iştirak etmək arzusunda olan ölkələr isə daha çox idi. Sevindirici haldır ki, festivalın iştirakçıları arasında hətta Latın Amerikasından olan kollektiv də var. Bu, onu göstərir ki, Şəki festivalına maraq ildən-ilə artır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azərpaşa Hemətov Şəkidə jurnalistlərə müsahibəsində deyib.

Şəki festivalının “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasının təmin edilməsi istiqamətində atılan önəmli addımlardan biri olduğunu vurğulayan Teatr Xadimləri İttifaqının sədri bildirib ki, festival günlərində teatrsevərləri Şəki ilə yanaşı, Bakı, Sumqayıt, Mingəçevir və digər şəhərlərdə də maraqlı tamaşalar gözləyir.