İndoneziyada partlayışlar: azı 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İndoneziyada partlayışlar: azı 6 nəfər ölüb, 35 nəfər yaralanıb

13 May 2018
İndoneziyanın Yava adasında kilsələrdə törədilən partlayışlar nəticəsində azı 6 nəfər ölüb, 35 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, Sinxua agentliyinin Şərqi Yava polisinin nümayəndəsinə istinadla yaydığı məlumata görə, birinci partlayış Müqəddəs Mariya Katolik kilsəsinin qarşısında yerli vaxtla saat 07:15 radələrində törədilib. Sonrakı partlayışlar 5 dəqiqəyə yaxın intervalla digər iki kilsədə baş verib.

Polis nümayəndəsinin sözlərinə görə, kilsə xidmətçisi geyimində olan terrorçular binaların içərisində bombaları işə salıblar.