Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Daha 8 kəndə gediş-gəliş asanlaşacaq

13 May 2018
 

“Yol abadlıqdır”, “Yol mədəniyyətdir”, “Yol rahatlıqdır” sözlərini əvvəllər də işlədirdik, indi də işlədirik. Bir vaxtlar həmin sözlər əksər hallarda şüar kimi səslənərdisə, görülən çox böyük işlər sayəsində reallığa çevrilib. Elə bunun nəticəsidir ki, ölkə vətəndaşları, respublikamıza səyahətə çıxan turistlər, qonaqlar bu şəhərdən o şəhərə, o şəhərdən bu şəhərə getməyə əvvəlki qədər vaxt itirmir, mənzilbaşına daha rahat, daha tez çatırlar.

Artıq neçə müddətdir ki, dövlət vəsaiti hesabına kənd yolları da abadlaşır.

Bunu Qəbələ rayonunun timsalında da görmək olar. Belə ki, Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx yaşayış məntəqələrini əhatə edən avtomobil yolu yenidən qurulur. Səkkiz yaşayış məntəqəsini əhatə edən bu yolda işlər başa çatdıqdan sonra 10 min əhalinin gediş-gəlişi asanlaşacaq, bu ərazidə yaşayanlar respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna daha rahat çıxış əldə edəcəklər. Biz də yolun tikintisində çalışanlara “yorulmayasınız, əliniz qolunuz var olsun” deyirik.

 

Cəbrayıl ABBASOV,

Qəbələ rayonu, Mıxlıqovaq kənd sakini, müəllim