Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Məlumat lövhəsinə ehtiyac var

13 May 2018
 

Bizim şəhərdə əhalinin yarıdan çoxu ictimai nəqliyyatdan istifadə edir. Hətta yaxından tanıdığım adamların əksəri şəxsi maşınları ola-ola işə ictimai nəqliyyatla gedib-gəlməyə üstünlük verirlər. Səbəb bu nəqliyyat növünün yaxşı xidmət göstərməsidir. Özü də elə bir ərazi yoxdur ki, oraya avtobuslar işləməsin. Son iki ildə xəttə buraxılan nəqliyyatın hamısı daha rahat, dayanacaqlar müasirdir.

Amma dayanacaqlarda marşrutların hərəkəti ilə bağlı heç bir məlumat yoxdur. Doğrudur, şəhər əhalisi hansı marşrutun hara getdiyini bilir. Amma şəhərimizə gələn qonaqlar, nabələd adamlar ictimai nəqliyyatdan istifadə etməkdə çətinlik çəkirlər. Bu çatışmazlığı aradan qaldırmaq üçün dayanacaqlarda hərəkətin istiqamətini və vaxtını göstərən məlumat lövhələri vurulsa, yaxşı olardı.

 

Seymur ABBASOV,

Sumqayıt şəhəri