Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əkilən hər ağac yaşıllıq, təmiz hava deməkdir

13 May 2018
 

Şabranda  Quba, Qusar, Xaçmaz rayonlarının ərazilərinə nisbətdə yaşıllıqlar azdır. Lakin son bir neçə ildə rayonda bu çatışmazlığı aradan qaldırmaq üçün minlərlə ağac əkilmişdir.

Abadlıq-quruculuq işləri daim, yaz-payız aylarında isə ağacəkmə kampaniyaları davam etdirilir. Yaşıllıq zolaqlarında təzə parklar salınır, istirahət mərkəzləri fəaliyyət göstərir.   

Bağlara, xiyabanlara ağaclara da yaxşı qulluq göstərilir, vaxtlı-vaxtında suvarılır, budanır. Özü də bu işlərlə ayrıca briqada məşğuldur. Dağların ətəyində və yol kənarında əkilən ağaclara qulluq üçün texnika da ayrılıb.

Təqdirəlayiq haldır ki, yaşıllıqların qorunmasında sakinlər də yaxından iştirak edirlər. Niyə də etməsinlər?! Axı əkilən hər ağac yaşıllıq, təmiz hava, sağlamlıq deməkdir.

 

Çingiz XALİDOĞLU,

Şabran rayonu