Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“ADA" Universiteti abituriyentləri və onların valideynlərini “Açıq qapı” günlərinə dəvət edir

11 May 2018
“ADA” Universiteti bakalavr proqramlarına sənəd verən abituriyentləri və onların valideynlərini “Açıq qapı” günlərinə dəvət edir.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, “Açıq qapı” günlərində “ADA” Universitetinin bakalavr proqramları, tələbə həyatı, təhsil haqqına güzəştlər, qəbul şərtləri və gələcək iş imkanları barədə məlumat veriləcək. Hazırda “ADA” Universitetində bakalavr proqramlarında təhsil alan tələbələr, bu ali məktəbdə çalışan professorlar tədbirdə iştirak edəcəklər.

“Açıq qapı” günləri ixtisaslara görə aşağıdakı kimi bölünüb:

1. “ADA”da mənim biznes təhsilim” (Biznesin idarə edilməsi və iqtisadiyyat ixtisasları): 17-18 may, saat 15:00

2. “ADA”da humanitar ixtisaslar” (Beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, hüquqşünaslıq ixtisasları): 21 may, saat 15:00

3. “ADA”da İT günü” (Kompüter elmləri, informasiya texnologiyaları və kompüter mühəndisliyi ixtisasları): 22 may, saat 15:00

Qeydiyyat üçün: [email protected] elektron poçtuna məktub göndərmək tələb olunur.

Ünvan: Əhmədbəy Ağaoğlu küç. 11, “ADA” Universiteti.

Tel: (+994 12) 437-32-35.