Vrotslav həkimlərinin uğuru: ölmüş donordan diz kasacığı köçürülüb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Vrotslav həkimlərinin uğuru: ölmüş donordan diz kasacığı köçürülüb

08 May 2018
Vrotslav (Polşa) həkimləri ölmüş donordan diz kasacığının köçürülməsi üzrə Avropada ilk, dünyada isə ikinci olan əməliyyatı uğurla həyata keçiriblər.

AZƏRTAC xəbər verir ki, Vrotslav Universiteti Klinik Xəstəxanasının hərəki orqanların ortopediya və travmatologiya şöbəsinin mütəxəssisləri xəstənin orqanizmindəki şişi kəsib götürməklə bərabər, həm də dizin öz funksiyasını yerinə yetirməsi üçün ayaq bitişiyini yenidən birləşdiriblər.

Əməliyyat hələ bir il bundan əvvəl keçirilsə də, həkimlər xəstənin fiziki fəallığa qayıtmasını xəbər verməkdən ötrü tam bərpasını gözləyiblər.