Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanda qazanılan bütün nailiyyətlər Heydər Əliyev siyasətinin bəhrəsidir

07 May 2018
Mayın 7-də Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışıb. Heydər Əliyev dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdıran rektor Ulu Öndərin elmə, təhsilə daim böyük önəm verdiyini vurğulayıb. Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi bildirilib.

Rektor dahi rəhbər Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu və fəxri doktoru olduğunu qürur hissləri ilə vurğulayıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov və digər çıxış edənlər də Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, siyasətinin uğurlu nəticələrindən bəhs ediblər.