Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 12 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

06 May 2018
 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında”  Azərbaycan Respublikası Prezidentinin   2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 12 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N 11, maddə 968; 2009, N 2, maddə 68; 2017, N 8, maddə 1521) aşağıdakı dəyişikliklər edilsin:

1.1.  3-cü hissədən “, sərhəddə həmin mallar üzərində baytarlıq, fitosanitar, sanitariya nəzarətini” sözləri çıxarılsın;

1.2. 4.2-ci bənddə “müvafiq ərazi dövlət baytarlıq müfəttişinə” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq regional bölməsinə” sözləri ilə əvəz edilsin;

1.3.  6-cı hissədə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq və Dövlət Fitosanitar Nəzarəti xidmətləri” sözləri   “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin.

2. Bu fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 may 2018-ci il