Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ümummilli lider Heydər Əliyev Azərbaycanda elmin inkişafına daim böyük diqqət göstərib

04 May 2018
 

Mayın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən “Müstəqil Azərbaycan: reallıqlar və perspektivlər” mövzusunda elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə müasir müstəqil Azərbaycanın qurulmasında, inkişafında və dünyada tanıdılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndərin ölkəmizdə elmin inkişafına göstərdiyi diqqətdən söz açıb.

Akademik A.Əlizadə görkəmli şəxsiyyət Heydər Əliyevin müstəqil ölkəmizin inkişaf strategiyasını müəyyənləşdirdiyini söyləyib, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini vurğulayıb.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Heydər Əliyev: zaman və müasirlik” mövzusunda məruzə ilə çıxış edib.

Elmi sessiyada “İqtisadi inkişafın Azərbaycan modeli: Heydər Əliyevdən İlham Əliyevə”, “Təsviri sənətdə Heydər Əliyevin obrazı” mövzularında məruzələr dinlənilib.