Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kolumbiya Respublikasının Prezidenti Xuan Manuel Santosdan

03 May 2018
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik etməkdən böyük şərəf və məmnunluq hissi keçirirəm.

Ölkəmizdə baş verən münaqişənin başa çatması istiqamətində nümayiş etdirdiyiniz mövqe, xüsusilə də Kolumbiyada nar bağlarının salınması ilə bağlı layihəyə göstərdiyiniz dəstək, yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər, hər iki ölkədə diplomatik nümayəndəliklərin açılması, qarşılıqlı maraqlara xidmət edən sazişlərin imzalanması sayəsində son 8 il ərzində ölkələrimiz arasındakı əlaqələr daha da inkişaf etmişdir.

Hər iki ölkə arasında mədəniyyət, ticarət, investisiya sahələrində əməkdaşlığa təkan vermək üçün imkanların daha genişləndirilməsinə Kolumbiyanın hər zaman hazır olduğunu bir daha vurğulamaq istəyirəm.

Zati-aliləri, fürsətdən istifadə edərək Sizə ən dərin ehtiramımı bildirirəm.

Hörmətlə,

 

Xuan Manuel Santos

Kolumbiya Respublikasının Prezidenti