Küveyt Dövləti Millət Məclisinin sədri Mərzuq Əl-Ğanimdən

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Küveyt Dövləti Millət Məclisinin sədri Mərzuq Əl-Ğanimdən

03 May 2018
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Dost Azərbaycan Respublikasında keçirilmiş son prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi Küveyt Dövləti Millət Məclisinin üzvləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ölkənizin inkişaf və tərəqqisi naminə bu ali missiyanızda Sizə uğurlar diləyirəm.

Ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsindən məmnunluğumu ifadə edirəm. Zati-alinizin və Küveyt Dövləti Əmirinin ölkələrimizi bir-birinə bağlayan sıx və tarixi əlaqələri inkişaf etdirmək, dost xalqlarımızın mənafeyinə xidmət edən birgə əməkdaşlığımızı möhkəmləndirmək və daha da irəliyə aparmaq istiqamətində göstərdiyiniz qətiyyəti yüksək dəyərləndirirəm.

Zati-aliləri, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

 

Mərzuq Əl-Ğanim

Küveyt Dövləti Millət Məclisinin sədri