Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Fransa Senatının Fransa-Qafqaz Parlamentlərarası Dostluq Qrupunun sədri Alan Uperdən

02 May 2018
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Fransa-Qafqaz Parlamentlərarası Dostluq Qrupu adından və şəxsən öz adımdan təbrik edirəm.

Ölkənizin sülh və Azərbaycan cəmiyyətinin bütün üzvləri ilə dialoq şəraitində inkişafı üçün həyata keçirdiyiniz layihələrdə Sizə müvəffəqiyyət arzulayıram. Azərbaycana tərəqqi, xalqınıza firavanlıq diləyirəm.

Cənab Prezident, Sizə dərin ehtiramımı bildirirəm.

Hörmətlə,

 

Alan Uper

Fransa Senatının Fransa-Qafqaz Parlamentlərarası

Dostluq Qrupunun sədri