Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mərkəzi Elmi Kitabxanada akademik Zərifə Əliyevanın 95 illik yubileyinə həsr olunan sərgi açılıb

01 May 2018
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın 95 illik yubileyinə həsr olunan sərgi açılıb.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, sərgidə kitabxananın fondunda saxlanan “Oftalmologiyanın aktual problemləri”, “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri. Elmi əsərlər məcmuəsi”, “Görkəmli adamların həyatı - Zərifə Əliyeva”, “Qaranlığa nur saçan zəka, “Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunan oftalmologiyanın aktual problemləri beynəlxalq elmi konfransın materialları”, “Heydər Əliyev” və digər kitablar nümayiş etdirilir.