Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Elmi nəşrlərdə tarixi rekord

01 May 2018
 

Ötən il “Web of Science” elmi bazasında Azərbaycan üzrə rekord sayda elmi-tədqiqat işi qeydə alınıb

 

2017-ci ildə “Web of Science” elmi bazasında Azərbaycan üzrə 1118 elmi-tədqiqat işi qeydə alınıb. Bu, son 25 ildə Azərbaycan üzrə publikasiya sayının rekord həddi deməkdir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, ötən il Azərbaycan “Web of Science” elmi bazasında nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə regionda birinci yerə çıxıb. Respublika üzrə ümumi publikasiya çəkisinin təxminən 43 faizi məhz ali  təhsil müəssisələrinin payına düşüb.

Qeyd edək ki, Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkəti (“Clarivate Analytics”) arasında 2015-ci il dekabrın 22-də əməkdaşlıq haqqında müqavilə imzalanıb, ölkəmizin elm və təhsil müəssisələrinin dünyanın aparıcı elmimetrik bazası olan “Web of Science” bazasına çıxışı, yerli alim və tədqiqatçıların əzmi və zəhməti nəticəsində elmi məhsuldarlıq nəzərəçarpacaq dərəcədə artıb, elmi-tədqiqat işlərinin səmərəliliyi xeyli yüksəlib.