Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsi anılıb

30 Aprel 2018
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, terror qurbanlarının yaxınlarının, universitetin müəllim və tələbələrinin iştirak etdikləri anma mərasimi faciə qurbanlarının xatirəsinə qoyulmuş barelyefin önündə başlanıb. Terror qurbanlarının xatirəsini dərin ehtiramla yad edən tədbir iştirakçıları barelyefin önünə əklil qoyub, gül dəstələri düzüblər.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı bu dəhşətli hadisənin hər kəsin qəlbində dərin iz buraxdığını bildirib. ADNSU-nun həmin gün çox dəyərli müəllim və tələbələrini itirdiyini deyən rektor onların xatirəsinin daim əziz tutulacağını vurğulayıb.

Tədbir iştirakçıları 30 aprel terror qurbanları haqqında xatirələrini bölüşüblər.