Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Akademik Zərifə Əliyevanın anadan olmasının 95 illik yubileyi münasibətilə keçirilən beynəlxalq konfransa yekun vurulub

29 Aprel 2018
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illik yubileyinə həsr edilən “Oftalmologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans aprelin 29-da işini başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, konfransın ikinci günündə Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, Belarus və digər ölkələrdən gəlmiş iştirakçıların da məruzələri dinlənilib.

Tədbirdə “Oftalmologiyanın seçilmiş məsələləri”, “Gözün cərrahiyyəsində innovativ texnologiyalar”, “Qlaukoma: erkən diaqnostika, müalicə, dispanserizasiya” mövzularında keçirilən plenar iclaslarda bir sıra göz patologiyaları ətraflı müzakirə olunub.

İki gün davam edən konfransda “Diabetik retinopatiya və yaşla bağlı makulyar degenerasiya zamanı göz yaşında angiogen faktorların və klinik-morfoloji göstəricilərin tədqiqatı: rabinizumabin təsiri”, “Horioideya melanomalarının lokal götürülməsi: lehinə və əleyhinə”, “Norma və patologiya zamanı buynuz qişanın sinirləri”, “Şəkərli diabet fonunda uveitlərin inkişafının klinik-immunoloji monitorinqi və risk faktorları”, “Tireoid oftalmopatiya və çəpgözlük” və digər mövzularda məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.