Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İsmayıllıda 49 min 134 nəfər kütləvi tibbi müayinədən keçib

27 Aprel 2018
İsmayıllı rayonunda əhalinin kütləvi tibbi müayinəsi davam edir və artıq 49 min 134 nəfər bu humanist aksiyadan yararlanıb.

Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bölgə üzrə 86 min 106 nəfər əhali var, onlardan 62466 nəfəri 18 yaşdan yuxarı olanlardır. Artıq rayon üzrə 94 yaşayış məntəqəsində, 121 təşkilat və kollektivdə bu humanist aksiya başa çatıb. Tibbi müayinədən keçənlərin 739 nəfər ambulator, 154 nəfər stasionar müalicəyə cəlb edilib, 56 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. 68 nəfər isə Bakı şəhərinə ixtisaslaşdırılmış müalicə müəssisələrinə göndərilib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və əhali tərəfindən böyük razılıqla qarşılanan kütləvi tibbi müayinə kampaniyası rayonda uğurla davam etdirilir.