Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclis ilə Avropa Parlamenti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

27 Aprel 2018
Aprelin 27-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolai ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Milli Məclis ilə Avropa Parlamenti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq inkişaf edir. Qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişafı ikitərəfli əlaqələrdə mühüm rol oynayır.

Bildirilib ki, ölkəmiz Avropa İttifaqı və onun qurumları ilə əməkdaşlığın hərtərəfli inkişafında maraqlıdır. Sədr ümidvar olduğunu bildirib ki, bu səfər münasibətlərimizi daha da dərinləşdirmək baxımından əhəmiyyətli olacaq.

Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolai Azərbaycana səfərinin məqsədindən danışıb. Bildirib ki, əsas məqsəd bundan sonrakı inkişaf, atılacaq addımlar barədə fikir mübadiləsi aparmaqdır.