Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Akademik İsa Həbibbəyli: Azərbaycan-Türkiyə ədəbiyyat və maarif münasibətləri müasir ədəbi əlaqələrin inkişafına zəmin yaradıb

25 Aprel 2018
Aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “XX əsrin əvvəllərindən bu günə Azərbaycan-Türkiyə ədəbiyyat və maarif münasibətləri” mövzusunda panelin açılışı olub. Tədbir AMEA Ədəbiyyat İnstitutu, Bakı Yunus Əmrə İnstitutu və Xaricdə Yaşayan Türklər və Qohum Cəmiyyətlər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun dünya üçün nümunə olduğunu bildirib. İ.Həbibbəyli Azərbaycan və Türkiyə ədəbiyyatlarının ortaq köklərindən, müasir ədəbi əlaqələrin inkişafından danışıb. Qeyd olunub ki, tarixən Azərbaycan-Türkiyə ədəbiyyat və maarif münasibətləri müasir ədəbi əlaqələrin inkişafına zəmin yaradıb.

Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdemir tədbirin mahiyyətindən, qarşılıqlı əlaqələrimizin əhəmiyyətindən danışıb.

Tədbir məruzələrin dinlənilməsi ilə davam edib.