Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin komitə iclasında “Torpaq islahatı haqqında” Qanuna dəyişiklik müzakirə olunub

24 Aprel 2018
Aprelin 24-də Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Eldar İbrahimov gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda “Torpaq islahatı haqqında” Qanunda və Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə olunub.

Deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.

Müzakirə olunan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.