Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

18 Aprel 2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Ulu Öndərin məzarı önünə əklil qoydu, onun ruhu qarşısında baş əydi.

Sonra Prezident İlham Əliyev və ailə üzvləri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər və üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzüldü.