Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ABŞ alimləri yeni texnologiya hazırlayıblar

17 Aprel 2018
 

ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları mətndə məlumatların şifrələnməsi texnologiyasını hazırlayıblar. Bu məlumat adi kağızda çap edildikdə belə işləyir. Bunun üçün kodlayıcı proqram ilk ismarıcı ədəd ardıcıllığına çevirir. Sonra bu ədədlər şriftin düzəliş parametrlərinə çevrilir.

AZƏRTAC techcult.ru saytına istinadla xəbər verir ki, belə yazı insan gözü üçün ən adi mətndir, lakin onu smartfonun kamerası vasitəsilə skan edərək dekodlayıcıdan keçirdikdə kodlaşdırılmış məlumatı əldə etmək mümkün olacaq. Bununla yanaşı, texnologiyanın böyük bir nöqsanı var. Kodlaşdırılmış mətn adi mətn redaktorunda açılarsa, o, mətni avtomatik olaraq “düzəldəcək” və bütün işarələri siləcək. Bu, təəssüf doğursa da, digər tərəfdən informasiyanın ələ keçirilməsini avtomatik mühafizə edir.

Tədqiqatın müəllifləri “Fontcode”un müxtəlif sahələrdə tətbiq edilə biləcəyini bildiriblər.