Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ekvador Prezidenti jurnalistlərin qatilinə təslim olmaq üçün on gün vaxt verdi

17 Aprel 2018
Ekvador Prezidenti Lenin Moreno könüllü şəkildə təslim olmaq üçün jurnalistlərin qatili, Quaço ləqəbli Valter Patrisio Arisaleyə on gün vaxt vermişdir. Əks təqdirdə Prezident cinayətkara “hadisələrin inkişafının ən pis ssenarisini” vəd etmişdir. Bu barədə “RİA Novosti” agentliyi xəbər verir.

Söhbət Kolumbiya ilə sərhəddə oğurlanmış “Comercio” qəzetinin əməkdaşlarından (iki jurnalist və sürücü) gedir. Ötən cümə günü Ekvador hökuməti onların ölümünü rəsmən təsdiq etmişdir.

Məlumata görə, Quaçonun başçıslıq etdiyi banda bu ilin yanvar ayından Esmeraldas əyalətində təxribatçı fəaliyyətlə məşğul olur. Bunun nəticəsində jurnalistlərlə yanaşı, dörd hərbi qulluqçu da qətlə yetirilmişdir.

Quaçonun gizləndiyi yer barədə məlumata görə hökumət 100 min dollar mükafat vəd etmişdir. Kolumbiya qatilin tutulmasında köməyə görə isə 150 min dollar vəd edib.