Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İranda terror aktının qarşısı alındı

17 Aprel 2018
İranın xüsusi xidmət orqanları əməkdaşları ölkənin cənub-şərqində terror aktının qarşısını almışlar. Əməliyyat nəticəsində iki terrorçu məhv edilmişdir. Bu barədə “Press TV” xəbər verir.

Məlumatda deyilir ki, terrorçular Sistan və Belucistan əyalətində xüsusi xidmət orqanlarının sərhəd məntəqələrinin birində partlayış törətməyə cəhd etmişlər. Asayiş keşikçiləri hadisəyə vaxtında müdaxilə edərək terrorçuların avtomobilini məhv etmişlər. Bir terrorçu özünü partlatmışdır. İki iranlı asayiş keşikçisi xəsarət almışdır.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sistan və Belucistan əyalətində 80 kiloqram partlayıcı maddə, 17 mina, 28 tapança, 35 əl qumbarası və 580 kiloqram narkotik maddə də ələ keçirilmişdir.