Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Afinada nümayişçilərlə polislər arasında toqquşma baş verdi

17 Aprel 2018
Yunanıstanın paytaxtı Afinada ABŞ-ın Suriyadakı əməliyyatına qarşı etiraz aksiyasının iştirakçıları ilə polis arasında toqquşma baş vermişdir. Bu barədə TASS agentliyi xəbər verir.

Nümayişçilər Yunanıstan Kommunist Partiyasının çağırışı ilə şəhərin mərkəzinə toplaşmışlar. Onlar ABŞ-ın Suriyadakı hərəkətlərinə və Bəşşar Əsəd rejiminə qarşı əməliyyata etirazlarını bildirmək üçün Amerikanın Afinadakı səfirliyinə yürüş etmişlər. Yürüş zamanı bir qrup nümayişçi ABŞ-ın 33-cü prezidenti Harri Trumenin heykəlini aşırmağa cəhd etmişdir. Asayiş keşikçiləri bunun qarşısını gözyaşardıcı qazla almışlar. Nümayişçilərlə polis arasında toqquşma nəticəsində yaralananlar var.
Bildirilir ki, etiraz nümayişi iştirakçıları ABŞ və Fransa səfirliklərinin binalarına, habelə Avropa İttifaqının ofislərinə yumurtalar və boyalar da atmışlar.