Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yunanıstanın “Motor Oil Hellas”, “Vegas Oil and Gas” şirkətlərinin sədri Vardis Vardinoyannisdən və xanımı Marianna Vardinoyannisdən

17 Aprel 2018
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yüksək peşəkarlığınız və dahi şəxsiyyətinizə xalqın inam və hörmətinin əsl sübutu olaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimizi Zati-alinizə çatdırmaq istərdik.

Mükəmməl rəhbərlik bacarığınız, şərəfli və məsuliyyətli işiniz, güclü əzmkarlığınız və gözəl ölkənizə olan tükənməz sevginiz Sizi Azərbaycanın inkişafı və xalqınızın rifahının yüksəlməsi naminə ali dövləti fəaliyyətinizdə və nəcib ideyalarınızın həyata keçirilməsində ilhamlandıran mənbələrdir.

Əminik ki, Sizin ruhlandırıcı rəhbərliyinizlə ölkənizdə əmin-amanlıq, sabitlik daha da möhkəmlənəcək, xalqınızın rifahı yüksələcək, Azərbaycanın beynəlxalq arenada bütün bəşəriyyətin xeyrinə rolu getdikcə artacaq.

Ən dərin ehtiramla,

 

Vardis Vardinoyannis

Yunanıstanın “Motor Oil Hellas”, “Vegas Oil and Gas”

şirkətlərinin sədri və xanımı Marianna Vardinoyannis