Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İsmayıllının 71 yaşayış məntəqəsində əhalinin kütləvi tibbi müayinəsi başa çatıb

17 Aprel 2018
İsmayıllı rayonunda əhalinin kütləvi tibbi müayinəsi davam edir və artıq 71 yaşayış məntəqəsinin sakinləri bu humanist aksiyadan yararlanıblar.

Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əhalinin tibbi müayinəsi mərkəzi xəstəxana, poliklinika şöbəsi, uşaq poliklinikası, Lahıc qəsəbə və İvanovka kənd xəstəxanaları daxil olmaqla, 16 yerdə aparılır.

Qeyd edək ki, rayon üzrə 86106 əhali var. Onlardan 62466 nəfəri 18 yaşdan yuxarı olanlardır. Artıq rayon üzrə 39295 nəfər tibbi müayinədən keçib. Onlardan 634 nəfər ambulator, 132 nəfər stasionar müalicəyə cəlb edilib, 47 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. 59 nəfər isə Bakı şəhərinə ixtisaslaşdırılmış müalicə müəssisələrinə göndərilib.

Rayonda bu humanist aksiyanın mütəşəkkil başa çatması üçün mütəxəssislərdən və məsul şəxslərdən ibarət komissiya və işçi qrupları təşkil olunub